[b]AFFA qazancını açıqladı[/b]
18.10.2016 - 17:55
[b]AFFA qazancını açıqladı[/b]

AFFA-nın Azərbaycan – Norveç oyunundan qazandığı məbləğ açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçirilən matçın bilet satışından 42 min 584 AZN  (ƏDV daxil) əldə edilib.

 

Bu oyun Bakı Olimpiya Stadionunda baş tutub.

 

Qeyd edək ki, yığmamız Norveçlə oyunda 1:0 hesabı ilə qalib gəlib.