[b]AFFA rəsmisi Avropa Liqasında[/b]
11.07.2017 - 10:08
[b]AFFA rəsmisi Avropa Liqasında[/b]

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. Apasport.az saytının məlumatına görə, qurum rəsmisi Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iş başında olacaq.

 

Mehtiyeva iyulun 20-də keçiriləcək “Dinamo” (Brest, Belarus) – “Altax” (Avstriya) qarşılaşmasında UEFA nümayəndəsi kimi iştirak edəcək.

 

Mənbə: affa.az