[b]Afrikada 1/4 finalçılar müəyyənləşdi[/b]
26.01.2017 - 09:12
[b]Afrikada 1/4 finalçılar müəyyənləşdi[/b]

Afrika Millətlər Kubokunda qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, baş tutan son qrup oyunlarından sonra 1/4 finalın bütün iştirakçıları bəlli olub.

 

D qrupunda ilk iki yerə Misir və Qana milliləri sahib çıxıb. Onlar arasında son turun görüşündə 1:0 hesabı ilə qələbə qazanan misirlilər 1/4 finala 1-ci yerlə yüksəlib.

 

Beləliklə, Qana Konqoya, Misir isə Mərakeşə rəqib olub. Bu matçlar yanvarın 29-da keçiriləcək.

 

Bir gün öncə isə digər iki 1/4 final matçı baş tutacaq. Həmin gün Burkina-Faso Tunisi, Seneqal isə Kamerunu sınağa çəkəcək.