Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İntizam Komissiyası qurumun prezidenti Çinq-Kuo Vunu vəzifəsindən kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, komissiyanın belə qərar verməsinə bir neçə səbəb olub.
Bunlardan birincisi Çinq-Kuo Vunun İcraiyyə Komitəsinin üzvlərindən bəzilərinin AİBA-dan kənarlaşdırmaq istəyidi. Həmçinin, Vu AİBA-nı müflis vəziyyəti gətirdiyi iddia olunur. O, hətta təşkilatın növbədənkənar konqres keçirməsinə də mane olub.
Qeyd edək ki, Vu 2006-cı ildən AİBA-nın prezidentidi. O, bu postda pakistanlı Ənvər Çoudrini əvəzləmişdi. 2012-ci ildən BOK-un İcraiyyə Komitəsinə üzv olan funksioner 2014-cü ilin noyabrında növbəti dəfə AİBA rəhbəri seçilib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"