Futzal üzrə Azərbaycan millisinin AVRO-2018-in seçmə mərhələsindəki rəqiblərinin tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın sonuncu rəqibi Albaniya olub.
Təsnifat mərhələsinin D qrupunun qalibi olan albaniyalılar Bakıda keçiriləcək seçmə mərhələyə vəsiqə əldə edib. Onlar qrup birinciliyini iki turdan sonra rəsmiləşdirib.
İlk oyunda Bolqarıstanı 7:1, ardınca İngiltərəni 5:1 hesabı ilə üstələyən albaniyalılar rəqibləri üçün əlçatmaz olub. Bu iki komanda Maltanı məğlub etdiyindən onlardan yalnız biri xal hesabında liderə çata bilər. Şəxsi oyunlardakı qələbə isə Albaniyanı 1-ci pillədə saxlayacaq.
I tur: İngiltərə - Malta - 6:1, Bolqarıstan – Albaniya - 1:7
II tur: Albaniya – İngiltərə - 5:1, Bolqarıstan – Malta – 6:1
|
1 |
Albaniya |
2 |
2 |
0 |
0 |
12-2 |
6 |
|
2 |
İnfiltərə |
2 |
1 |
0 |
1 |
7-6 |
3 |
|
3 |
Bolqarıstan |
2 |
1 |
0 |
1 |
7-8 |
3 |
|
4 |
Malta |
2 |
0 |
0 |
2 |
2-12 |
0 |
III turda keçiriləcək İngiltərə - Bolqarıstan və Albaniya – Malta qarşılaşmaları isə yalnız formal xarakter daşıyacaq.
Aprelin 3-12-də keçiriləcək əsas seçmə mərhələdə Albaniya millisi 2-ci qrupda çıxış edəcək. Mübarizəyə birbaşa bu raunddan başlayan Azərbaycan, Macarıstan, Bosniya və Herseqovina albaniyalılara rəqib olacaq.
Qeyd edək ki, AVRO-2018-in final mərhələsi Sloveniyada keçiriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı