“Qəbələ”ni Qazaxıstanın “Aktobe” klubu ilə müqayisə etmək olar. Amma Azərbaycanda oynamaq mənim daha çox xoşuma gəlir. Burda özümü sərbəst hiss edirəm. Bu da ilk növbədə, infrastrukturla bağlıdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Antonov deyib.
29 yaşlı hücumçu “Qəbələ”yə keçidində rol oynayan məqamlardan bəhs edib: “Yaxşı şərtlər peşəkar futbolçu karyerasında önəmli rol oynayır. Bundan əlavə, tanış futbolçularla eyni komandada oynamaq insanın işini asanlaşdırır. Tez-tez Bakıda oluruq. Azərbaycanın paytaxtı çox gözəldi. Ümumi götürsək, Azərbaycanda xoşuma gəlməyən bir şey yoxdu. Roman Qriqorçuk “Qəbələ”yə gələndə özü ilə birgə “Çernomorets”dən bir neçə futbolçu gətirdi. Həmin vaxt Azərbaycana gəlmək imkanım yox idi. Çünki “Aktobe” ilə müqaviləm var idi, məni buraxmazdılar. Yayda belə bir variant yarandı və mən də bundan istifadə etdim. Roman Qriqorçuk və köməkçilərini, həmçinin komandadakı bəzi futbolçuları tanımağım qərarımda rol oynadı.
Azərbaycan və Qazaxıstan futbolunu müqayisə edən Antonov bunları deyib: “Azərbaycan futbolunda infrastruktur, stadionlar daha yaxşıdı. Qazaxıstanda da yaxşı oyunçular var, amma onlardakı infrastruktur SSRİ dönəmindən qalandı. “Qəbələ”yə keçənə qədər heç vaxt Azərbaycandan təklif almamışdım. Amma düzünə qalsa, əgər Ukraynada vəziyyət normal olsaydı, heç Qazaxıstana da getməzdim”.
Antonov qeyd edib ki, bir neçə il öncə “Lion” klubunun diqqət mərkəzində olub: “Karyeram ərzində Ukraynadan əlavə, 3 ölkədə futbol oynamaq mənə qismət olub. “Qəbələ” və “Aktobe” ilə yanaşı, bir müddət Rusiyanın “Kuban” komandasında çıxış etmişəm. “Çernomorets”in heyətində Avroliqanın 1/16 final mərhələsində “Lion”la oyundan sonra fransızların baş məşqçisi Remi Qard mənimlə müqavilə imzalamaq istədiklərini dilə gətirmişdi. Sonra həmin çalışdırıcı komandanı tərk etdi və beləcə bu variant reallığını itirdi”.
Ukrayna karyerasının bitmədiyini deyən Antonov Azərbaycan çempionu olmaq arzusundadı: “Ümid edirəm ki, Ukraynadakı karyeram hələ yekunlaşmayıb və gələcəkdə öz ölkəmdə oynamaq imkanım yenə olacaq. Məsələ bundadı ki, mən təkcə Ukraynada deyil, ümumiyyətlə, heç bir ölkədə çempion ola bilməmişəm. “Metallist”lə bürünc, “Aktobe” ilə gümüş medal qazanmışam. “Qəbələ”nin heyətində isə Azərbaycan çempionu olmaq istəyirəm”.
Mənbə: echo.az
- Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi
- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”