“Arsenal”ın hücumçusu Aleksis Sançes “Yuventus”un diqqət mərkəzinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qoca sinyora” çilili forvardı almaq üçün 2 futbolçusunu satmağa hazırlaşır.
Belə ki, turinlilər Sançesin transfer məbləğini hazırda icarədə olan yarımmüdafiəçi Kinqsli Koman və hücumçu Simone Zazanı satmaqla qarşılamaq fikrindədi. İtaliya təmsilçisi bu oyunçuların müvafiq olaraq “Bavariya” və “Valensiya”ya transferindən 40 milyon avro gəlir götürmək niyyətindədi. Həmin pul isə Sançesin keçidinə xərclənəcək.
Qeyd edək ki, Aleksis Sançes bu mövsüm Premyer Liqada 17 qola imza atıb.