[b]Alman dilini öyrənməyən futbolçu cərimələnəcək[/b]
05.01.2017 - 15:47
[b]Alman dilini öyrənməyən futbolçu cərimələnəcək[/b]

“Bavariya”nın prezidenti Uli Höness maraqlı addım atmaq qərarına gəlib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, 65 yaşlı klub rəhbəri komandada çıxış edən bütün əcnəbi futbolçulardan alman dilini öyrənməyi tələb etməyə hazırlaşır.

 

Höness bununla futbolçular arasındakı qruplaşma hallarının qarşısını almağı planlaşdırır: “Hər şey çox sadədi - “Bavariya”nın formasını geyinən istənilən oyunçu alman dilini öyrənməlidi. Bu, klubun qaydalarından biri olacaq. Əks təqdirdə, futbolçu cərimə ödəyəcək. Belə etməklə bəzi futbolçuların yalnız öz aralarında danışmaqlarının, qruplaşma hallarının qarşısını almaq istəyirik. Əgər hansısa futbolçu alman dilini öyrənmirsə, deməli, “Bavariya”ya tramplin olaraq baxır, burda uzun müddət qalmağı planlaşdırmır”.

 

Qeyd edək ki, Höness bu gün 65 yaşını tamamlayır.