[b]Almaniya – Azərbaycan matçında tanış sima[/b]
08.10.2017 - 13:50
[b]Almaniya – Azərbaycan matçında tanış sima[/b]

Azəbaycan millisi DÇ-2018-in seçmə mərhələsindəki son matçını bu gün Almaniyaya qarşı keçirəcək. Apasport.az saytının Kayzerslautern şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşmaya maraq kifayət qədərdi.

 

Belə ki, Almaniya Futbol Federasiyasından verilən məlumata görə, 50 min tamaşaçı tutumuna malik olan “Fritz-Valter” stadionundakı matçı 30 mindən çox azarkeş izləyəcək.

 

Həmçinin oyuna gələnlər arasında tanış sima da olacaq. Robert Prosineçkidən əvvəl 2008-2014-cü illərdə yığmamızı çalışdırmış almaniyalı Berti Foqts da tribunadakı yerini tutacaq.

 

Qeyd edək ki, Almaniya – Azərbaycan qarşılaşması Bakı vaxti ilə 22:45-də start götürəcək.