[b]Almaniya millisində daha bir itki[/b]
24.03.2017 - 16:31
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniya yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Bundestim bu dəfə Yulian Vayqlın xidmətindən məhrum olub.
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi zədə səbəbindən yığmamızla oyunu buraxacaq. 21 yaşlı Vayql İngiltərə ilə yoxlama matçında sıradan çıxıb.
Qeyd edək ki, martın 26-da Bakıda millimizin qonağı olacaq Bundestimin heyətində Məsut Özil, Mario Qomes, Manuel Noyer və Julian Draksler də zədəlidi.
0
0