[b]Almaniya millisinin mundial qazancı[/b]
09.10.2017 - 22:30
[b]Almaniya millisinin mundial qazancı[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizlə birlikdə C qrupunda mübarizə aparmış Almaniya millisi 10 oyunda 10 qələbə qazanaraq final mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol Federasiyası bu uğurun müqabilində millinin futbolçularına mükafat verəcək.

 

Yerli mətbuatda gedən xəbərlərdə bildirilib ki, yığmanın oyunçularına ümumilikdə 4 milyon 300 min avro pul veriləcək. Bütün qarşılaşmalarda iştirak edən 3 futbolçu hər görüş üçün 20 min avro olmaqla, ümumilikdə 200 min avro mükafat alacaq.

 

Bundan başqa, mərhələ boyunca 37 futbolçunun oynamasına baxmayaraq, müxtəlif vaxtlarda heyətdə yer almış 42 futbolçunun hamısı mükafatlandırılacaq.

Qeyd edək ki, Almaniya C qrupunun sonuncu oyununda millimizə 5:1 hesabı ilə qalib gəlib.