17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək heyətdə 18 futbolçu yer alıb.
Macarıstanda keçiriləcək oyunlarda ölkə xaricində - Gürcüstan və Almaniyada çıxış edən legionerlər də yığmamızın şərəfini qoruyacaq: Samirə Vəliyeva (“Neftçi” İK İB), Salome Qasviani, Nino Qurgenidze (hər ikisi “Martve”, Gürcüstan), İlahə Nuriyeva (Zaqatala), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qax”), Ülkü Montabaur Özdəmir (“Frankfurt”, Almaniya), Rövşanə Sərdərlı, Ümnisə Əliyeva (hər ikisi “Fidan”), Minarə Gözəlova, Vüsalə Seyfətdinova, Həqiqət Qasımova, Ayşən Əhmədova, Aynur Zeynalova, Aytac Neymətova, Elvira Əsgərzadə, Nərmin Əhmədli, Sona Rəhimova (hamısı “Təhsil”).
Qeyd edək ki, yığmamız oktyabrın 8-də Macarıstan, 10-da Polşa, 13-də Estoniya ilə qarşılaşacaq.