[b]Almaniya yığmasının üzvü rəsmən “Mançester Siti”də[/b] - FOTO
02.08.2016 - 14:46
Almaniya yığmasının futbolçusu Leroy Sanenin “Mançester Siti”yə keçidi təsdiqini tapıb. Apasport.az saytının məlumatına görə, klub bu transferi rəsmən açıqlayıb.
20 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlanılıb. Razılaşmaya əsasən, Sane qarşıdakı 5 il ərzində “şəhərlilər”in formasını geyinəcək. Bu keçid Premyer Liqa klubuna 55 milyon avroya başa gəlib.
Qeyd edək ki, “Şalke”nin yetirməsi olan Sane 2015-ci ildən Almaniya millisinə də çağırılır.
0
0