[b]Almaniyadan millimizlə oyunda iki rekord[/b]
09.10.2017 - 01:15
[b]Almaniyadan millimizlə oyunda iki rekord[/b]

DÇ-2018-in seçmə mərhələsinin son matçında millimiz səfərdə Almaniya ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu qarşılaşmada Almaniya iki rekorda imza atıb. Bu oyunda komandamızın qapısına vurduğu 5 topla birlikdə mərhələni 43 qolla tamamlayan almanlar bir tsikldə ən çox qola sevinən yığma olub. Bundan əvvəlki rekord İspaniya millisinə aid idi. “Buğalar” AÇ-2000-nin seçmə mərhələsində 42 dəfə fərqlənmişdilər.

 

Bundan əlavə, millimiz üzərindəki qələbə Yoahim Lövün komandası üçün ardıcıl 16-cı olub ki, bu da özlərinə məxsus rekordun təkrarlanması deməkdir.

 

Qeyd edək ki, Almaniya millisi 1969-1985-ci illərdə də ardıcıl 16 oyunda xal itirməyib.