DÇ-2018-in seçmə mərəhləsində Şimali İrlandiya ilə oyun millimizin heyətində yeni oyunçunun debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Riçard Almeyda əsas yığma ilə ilk matçına çıxıb.
“Qarabağ”ın yarımmüdafiəçisi komandanın tarixinə 6-cı braziliyalı kimi düşüb. Belə ki, bu günə qədər millidə 5 “sambaçı” çıxış edib. Almeydaya debüt edərək bu sayı bir nəfər də artırıb.
Onlar arasında rekordçu Leandro Qomeşdi. Cənubi amerikalı 18 matça çıxıb. Lakin hücumçu bu görüşlərdə qola həsrət qalıb.
Fabio Luis Ramim isə oyun sayında 2-ci, qol sayında 1-cidi. Sonradan Ramim adından imtina edib, milli tərzdə “Ramin” olan yarımmüdafiəçi 16 görüşdə 4 dəfə fərqlənib.
Müdafiəçi Ernani Pereyranın hesabında isə 12 oyun var. O, həmyerlisi Andre Ladaqanı 1 oyun qabaqlayır. Lakin sonuncu braziliyalıların yığmamızdakı ilk qolunun müəllifidi.
Yığma karyerası qısa olan Markus Ferreyra isə 2 dəfə meydana çıxıb.
Bir sözlə, millinin 24 illik tarixinə düşən 5 braziliyalı ümumilikdə 59 matçda 5 qol vurublar.