Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan hər iki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Maraqla gözlənilən "Qarabağ" - "Neftçi" matçında 4 oyunluq cəzası səbəbindən Premyer Liqadan kənarda qalan Riçard Almeyda görüşün taleyini təkbaşına həll edib. O, vurduğu iki qolla komandasına qələbə qazandırıb.
Əvəzedicilərin çempionatı
XV tur
“Zirə” – AZAL – 2:1
Qollar: Tapdıq Əhmədov, 25; Murad Səttarlı, 49 - Seyidrəzi Ağayev, 78
“Qarabağ” - “Neftçi” – 2:1
Qollar: Riçard Almeyda, 74, 90+3 - Aqşin Qurbanlı, 87
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı