[b]Almeydanın vəziyyətinə aydınlıq gəldi[/b]
07.04.2016 - 16:12
[b]Almeydanın vəziyyətinə aydınlıq gəldi[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın vəziyyətinə böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu Topaz Premyer Liqasının XXIX turu çərçivəsində “Kəpəz”lə keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.

 

Ötən tur “Xəzər Lənkəran”la qarşılaşmanın birinci hissəsində zədələnərək, fasilədə əvəzlənən Almeydanın durumunun ciddi olmadığı bildirilirdi. İlkin tibbi müayinə zamanı braziliyalı futbolçunun topuğunun burxulduğu diaqnozu qoyulmuşdu.

 

Topuğu şişən “sambaçı” hələ də ayağında ağrı hiss edir. Almeyda bu gün ən yaxşı halda, yüngül məşqlə kifayətlənəcək. Baş məşqçi Qurban Qurbanovun sabahkı qarşılaşmada risk edərək, 27 yaşlı futbolçunu meydana buraxacağı inandırıcı görünmür. Bu isə o deməkdi ki, Almeyda “Kəpəz”lə görüşü buraxmalı olacaq.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının cari mövsümündə 9 qol vuran Almeyda bombardirlər cədvəlində yalnız “Zirə”nin hücumçusu Nelson Bonilladan (10) geri qalır.