Türkiyədə legioner həyatı yaşayan Azərbaycan millisinin futbolçusu Aysun Əliyeva klubunu dəyişib. Apasport.az sayttının məlumatına görə, 2016-cı ilin sentyabrında “1207 Antalya Döşəməaltı Bələdiyyəspor”a keçən futbolçumuz bu komandaya lazım olmayıb.
Bu üzdən Türkiyə təmsilçisi Aysunu icarəyə verməyi məqsədəuyğun sayıb. U-21 yığmamızın üzvü “Samsun İlkadım” klubuna göndərilib.
Çempionatın I dövrəsini Antalya klubunda keçirən futbolçu mövsümün sonunadək samsunluların formasını geyinəcək. Klub rəhbərliyi icarəyə verilən Aysunun əvəzinə daha güclü legioner transfer etmək istədiyini də açıqlayıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı