Azərbaycan klublarının Antalya toplanışı yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan 5 klubumuzun iştirakı ilə keçirilən yoxlama oyunları başa çatıb.
Hazırlıq dövründə “Qarabağ”, “İnter” və “Sumqayıt” hərəyə 4, “Zirə” ilə “Qəbələ” 3 matçda qüvvəsini sınayıb. Premyer Liqa klubları bu 18 görüşdə 5 qələbə qazanıb, 4 heç-heçə edib və 9 dəfə uduzub. 18 qol vuran futbolçularımız Antalyada 19 top buraxıb.
Komandalarımız 10 ölkədən olan rəqiblərlə üz-üzə gəlib. Bunlardan 5-i Almaniyanı təmsil edib. Qazaxıstan və Rumıniya klubları ilə 3 dəfə qarşılaşan komandalarımız daha 7 ölkə ilə də münasibətlərini aydınlaşdırıb. Onlar İsveçrə, Ukrayna, Avstriya, Polşa, Macarıstan, Slovakiya və İranı təmsilçilərdi.
Rəqiblər arasında avrokuboklarda titul qazanan “Verder” də olub. Elə bu klubun əvəzediciləri, həmçinin aşağı liqa təmsilçiləri ilə də görüşlər baş tutub.
Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin əvvəlində Premyer Liqanın 6 klubu Antalyada 33 oyun keçirmişdi. Həmin vaxt “Qarabağ”, “İnter” və “Qəbələ” ilə yanaşı, “Neftçi”, “Xəzər Lənkəran” və “Simurq” da qonşu ölkədə qüvvəsini sınayırdı.
Premyer Liqa klubları kimi qonşu ölkəyə “Qəbələ”nin əvəzedici heyəti də yollanıb. Onların da 2 matça çıxdığını nəzərə alsaq, təmsilçilərimizin qış hazırlığı 20 oyundan ibarət olub.
Azərbaycan klublarının Antalyadakı beynəlxalq yoxlama oyunları
“Qarabağ”: “Rot-Vays” (Aımaniya) 1:0, “Diosqyor” (Macarıstan) 4:0, “Admira Vakker” (Avstriya) 3:4, “Yagelloniya” (Polşa) 0:1
“İnter”: “Verder”, əvəzedicilər (Almaniya) 0:1, “Verder” (Almaniya) 0:1, “Slovan” (Slovakiya) 0:2, “Atırau” (Qazaxıstan) 0:0
“Zirə”: “Ordabası” (Qazaxıstan) 1:4, “Optik” (Almaniya) 0:1, “Tırqu Mureş” (Runıniya) 1:0
“Qəbələ”: “Osnabryuk” (Almaniya) 1:1, “Sürix” (İsveçrə) 4:0, “Dnepr” (Ukrayna) 0:1
“Sumqayıt”: “Akjayık” (Qazaxıstan) 1:0, “Voluntari” (Rumıniya) 0:0, “Sepahan” (İran) 1:2, “Petrolul” (Rumıniya) 1:1
“Qəbələ” (əvəzedicilər): “Ayntraxt” U19 (Almaniya) 0:1, “Antalyaspor”, əvəzedicilər (Türkiyə) 3:1
|
1 |
Qarabağ |
4 |
2 |
0 |
2 |
8-5 |
6 |
|
2 |
Sumqayıt |
4 |
1 |
2 |
1 |
3-3 |
5 |
|
3 |
Qəbələ |
3 |
1 |
1 |
1 |
5-2 |
4 |
|
4 |
Zirə |
3 |
1 |
0 |
2 |
2-5 |
3 |
|
5 |
İnter |
4 |
0 |
1 |
3 |
0-4 |
1 |
|
|
|
18 |
5 |
4 |
9 |
18-19 |
19 |
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI