[b]Antonio Konte İtaliyaya qayıdır?[/b]
01.03.2017 - 13:31
[b]Antonio Konte İtaliyaya qayıdır?[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte yenidən İtaliyaya qayıdır. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı İtaliyanın məşhur “Tuttosport” nəşri yayıb.

 

Xəbərdə bildirilir ki, 47 yaşlı mütəxəssis “İnter” klubunun yeni çinli iş adamı ilə görüşüb və qarşı tərəfin ilinə 15 milyon avroluq maaş təklifinə müsbət cavab verib. Milan klubunun sahibi indi də təzminat məsələsini yoluna qoymaq üçün “Çelsi”dəki həmkarı Roman Abramoviçlə danışıqlar aparır.

 

Kontenin “Çelsi”dən ayrılmaq istəməsi klub rəhbərliyi ilə yola getməməsi və İngiltərə mühitinə uyğunlaşmaması ilə əlaqələndirilir. Halbuki onun komandası 26 turdan sonra Premyer Liqaya başçılıq edir.

 

Qeyd edək ki, Antonio Konte “Çelsi”dən əvvəl İtaliya millisini çalışdırıb.