Topaz Premyer Liqasının XXX turu "Qəbələ"nin futbolçusu Asif Məmmədov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi cari mövsümdə "siftə" edib.
"Rəvan"la qarşılaşmanın 80-ci dəqiqəsində hesabı açan 30 yaşlı oyunçu bu mövsüm ilk qolunu vurub. Əsasən oyunlarda meydana sonradan daxil olan Asif ilk qolunu 13-cü görüşündə vura bilib.
"Qırmızı-qaralar"ın digər qolunun müəllifi Aleksey Antonov isə komandanın ən məhsuldar oyunçuları sırasına qoşulub. Ukraynalı yarımmüdafiəçi çempionatda 7-ci dəfə fərqlənərək, həmyerlisi Aleksey Qaya çatıb. Antonov buna 26-cı görüşündə nail olub. Premyer Liqada 29 matçın iştirakçısı olan Qay isə cari mövsümdə ilk dəfə meydana çıxmayıb.
Qay və Antonovdan sonra "Qəbələ"nin ən məhsuldar oyunçusu Ermin Zetsdi. Aktivində 5 qol olan Bosniya və herseqovinalı forvard qış fasiləsidə komandadan ayrılan Fakundo Pereyranı (4 qol) qabaqlayır.
Yerli futbolçular arasında ən məhsuldarı isə Samir Zərgərovdu. 20 matçda meydana çıxan 30 yaşlı yarımmüdafiəçi 3 qola imza atıb.