“Atletiko” Antuan Qrizmanla yeni müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə ispan mətbuatı xəbər yayıb.
Qarşıdakı “yay transfer pəncərəsi” dövründə transfer qadağası olduğu üçün heyətinə yeni oyunçu qata bilməyəcək “hindular” əlində olan futbolçuları saxlamaq istəyir. Bunun üçün Madrid klubu hətta fransalı hücumçunun maaşını artırmağa da razıdı.
Qrizman özü də İspaniyada qalmaqda maraqlıdı. Fransalı bombardir tviter səhifəsində UEFA tərəfindən “transfer qadağası”nın davam etməsi qərarından sonra “indi daha çox “Atletiko” yazmışdı.
Qeyd edək ki, hücumçunun xidmətində “Mançester Yunayted” maraqlı idi.