[b]"Başqa yolumuz var ki?" - Aqil Məmmədov[/b]
16.04.2016 - 20:33
[b]"Başqa yolumuz var ki?" - Aqil Məmmədov[/b]

"Neftçi" Topaz Premyer Liqasının XXX turu çərçivəsində öz meydanında "Qarabağ"a (1:2) məğlub olub. Qarşılaşmadan sonra media önünə çıxan paytaxt klubunun qapıçısı Aqil Məmmədov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Məşhur televiziya tamaşasında deyildiyi kimi, “Neftçi” yenə uduzdu...

- Uduzsaq da, komanda olaraq pis oynamadıq. Uşaqlar sona qədər əllərindən gələni etdilər. “Qarabağ” da səviyyəli, güclü komandadı. Təkbətək epizodlarda onların futbolçularının üstünlüyü var idi. Qələbə münasibəti “Qarabağ”ı təbrik edirəm. Komandamız əlindən gələni etdi. İkinci qol ofsayddan vurulmuşdu.

 

- Yenə “Neftçi”nin əleyhinə hakim səhvi?

- Artıq bu haqda heç nə deməyəcəm, danışmayacam.

 

- Oyundan sonra klub rəhbərliyi paltardəyişmə otağında komanda üzvlərinə nə dedi?

- Bizi tərbik etdi.

 

- Nə ilə bağlı?

- Yaxşı oynadığımıza görə.

 

- Məğlubiyyətə görə irad bildirmədilər?

- İradlarını bildirəcəklər. Amma matç indi bitib və mübarizliyimizə görə bizi tərbik etdilər. Qarşıda oyunlarımız var. Fuutbolçuların əhval-ruhiyyəsini qaldırmaq üçün bizə dəstək oldular. Həmin görüşləri unutmaq olmaz. Dedilər, yaxşı oynamaq lazımdı.

 

- Sizcə, çıxış yolu budu?

- Başqa yolumuz var ki?

 

- “İnter”lə “Zirə”yə avokuboklarda iştiraka icazə verilmədi və “Neftçi” üçün əla şans yaradılıb. Amma siz də turdən-tura geriləyirsiniz?

- Rəqiblərin oyununa baxmaq lazım deyil. Öz çıxışımız haqda düşünməliyik. Elə etməliyik ki, bu şansdan istifadə edək. Bunun üçün də qələbə qazanmalıyıq. Yenə deyirəm, uşaqlar yaxşı oynadılar.

 

- Bu cür gedişat sizi yormur?

- Əlbəttə, qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə də aparırıq. Hər şey qaydasındadı. Yaxşı olacağına inanırıq.

 

0