[b]Araz 90 dəqiqə oynadı, komandası xal itirdi[/b]
15.10.2017 - 00:36
Kipr çempionatında VII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” də növbəti matçını keçirib.
Sözügedən komanda “Apollon”u qəbul edib. Matçda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran rəqiblər 1 xal qazanıblar.
Qarşılaşmaya start heyətində başlayan Araz 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 7 oyundan sonra aktivində 15 xal olan “Anortosis” turnir cədvəlinə liderlik edir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0