[b]Arda debüt matçı haqda: Messinin nə dediyi məndə qalsın[/b]
07.01.2016 - 09:50
[b]Arda debüt matçı haqda: Messinin nə dediyi məndə qalsın[/b]

“Təbii ki, debüt oyununda həyəcan olur. Amma ümumilikdə rahat idim. Matçdan həzz aldım”. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Arda Turan deyib.

 

29 yaşlı yarımmüdafiəçi dünən “Barselona”nın heyətində ilk oyununa çıxıb. İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Espanyol”la ilk qarşılaşmada baş məşqçi Luis Enrike türkiyəli futbolçuya start heyətdə yer verib.

 

67 dəqiqə meydanda olan Arda matçdan sonra təəssüratlarını bölüşüb: “Qələbə qazandığımız üçün xoşbəxtəm. Komandamızda dünyanın ən güclü oyunçuları toplaşıb. Onlarla yanaşı oynayanda çalışırsan ki, nəsə göstərəsən. Debüt görüşümdə qələbə qazanmaq önəmli idi. Matçın gedişində hesabda geri düşdük. Qalib gələ bilməsəydik, çox üzülərdim”.

 

Messi matçın gedişində Messi ilə arasındakı dialoqa da toxunub: “Messi gəlib, qulağıma söz dedi. Nə dediyi məndə qalsın. Aramızda zarafatlaşdıq”.

 

Ardanın debüt matçındakı çıxışı “Barselona”nın çalışdırıcısı Luis Enrikeni də razı salıb: “Arda və Vidalın oyunu xoşuma gəldi. Arda çətin durumlardan çıxış yolunu tapırdı və oyunu cinahlara daşıyırdı. Vidal da özünü göstərməyi bacardı”.