[b]Arda Turanın səhhətində problem yarandı[/b]
25.01.2016 - 16:39
[b]Arda Turanın səhhətində problem yarandı[/b]

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan komandadan ayrı qalıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, türkiyəli futbolçunun səhhətində problem yaranıb.

 

La Liqanın XXI turu çərçivəsində “Malaqa” ilə (2:1) qarşılaşmada 90 dəqiqə meydanda olan Arda hərarəti yüksək olduğu üçün bugünkü məşqi buraxmalı olub. Onunla yanaşı, digər yarımmüdafiəçi Serxio Buskets də eyni səbəbdən məşqdə iştirak etməyib.

 

Hər iki oyunçunun İspaniya Kral Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Atletik”lə cavab qarşılaşmasında iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Barselona” – “Atletik” matçı yanvarın 27-də baş tutacaq. İlk oyunda Kataloniya təmsilçisi səfər qələbəsinə (2:1) sevinib.