[b]Arda və İnyestanın taleyinə aydınlıq gəldi[/b]
27.01.2016 - 16:20
[b]Arda və İnyestanın taleyinə aydınlıq gəldi[/b]

“Barselona” daha iki ciddi itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçilər Arda Turan və Andres İnyesta İspaniya Kral Kubokunda “Atletik”lə keçiriləcək 1/4 final matçını buraxacaq.

 

Hər iki oyunçunun zədə ilə bağlı problemi yoxdu. La Liqanın XXI turu çərçivəsində “Malaqa” ilə (2:1) qarşılaşmada iştirak edən İnyesta və Turanın hərarəti yüksək olduğu üçün məşqçilər korpusu onları riskə atmamaq qərarına gəlib. Baş məşqçi Luis Enrike dünənki məşqi buraxan oyunçuları “Atletik”ə qarşı bu gün keçiriləcək cavab görüşünün iştirak ərizəsinə salmayıb.

 

Həmçinin dayaq yarımmüdafiəçisi Serxio Buskets də eyni problemdən əziyyət çəkir. Onun Bakı vaxtı ilə 00:30-da başlayacaq matçda iştirakı sual altındadı. Aparıcı hücumçu Luis Suaresin də cəza ucbatından oyunu buraxacağını nəzərə alsaq, “Barsa”nın işinin asan olmayacağını demək olar.

 

Qeyd edək ki, “Atletik”in meydanında keçirilmiş ilk görüşdə “Barselona” 2:1 hesablı qələbə qazanmışdı.