DÇ-2018-in seçmə mərhələsinin Cənubi Amerika zonasında XVII turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, üç oyunun qolsuz bitdiyi turda yalnız Çili və Paraqvay qələbə qazanıb.
Sonuncular Kolumbiyanın mundiala birbaşa vəsiqə qazanmasını əngəlləyib və öz şanslarını qoruyub. Çili isə qələbə ilə 3-cü pilləyədək irəliləyib.
Öz meydanında Perunu yenə bilməyən Argentina isə durumunu daha da ağırlaşdırıb. Lionel Messi və komandası artıq 6-cı pillədədi. İlk 4 yerin sahibi mundiala birbaşa vəsiqə qazanıb, 5-ci yer pley-offa getdiyindən argentinalıların vəziyyəti çox çətindi.
Amma onların işinə yarayan bir məqam da ondan ibarətdi ki, Braziliyadan başqa heç bir komanda mundiala vəsiqəni təmin etməyib. Çox mürəkkəb turnir cədvəlində Messi və komandasının taleyi öz əlindədi. Son turda qələbə qazanacaq Argentina ən azı pley-offa yüksələcək.
Çünki 4-5-ci yerlərdə qərarlaşan Peru və Kolumbiya bir-biri ilə görüşəcək. Onlardan ən azı birinin xal itirməsi argentinalıları sevindirəcək. Bu matçın heç-heçə bitməsi isə Argentinanı hətta birbaşa vəsiqə ilə DÇ-2018-in final mərhələsinə daşıya bilər.
DÇ-2018-in seçmə mərhələsi
Cənubi Amerika zonası
XVII tur
5 oktyabr
Boliviya – Braziliya – 0:0
Venesuela – Uruqvay – 0:0
Çili – Ekvador – 2:1
Kolumbiya – Paraqvay – 1:2
Argentina – Peru – 0:0
|
1 |
Braziliya |
17 |
11 |
5 |
1 |
38-11 |
38 |
|
2 |
Uruqvay |
17 |
8 |
4 |
5 |
28-18 |
28 |
|
3 |
Çili |
17 |
8 |
2 |
7 |
26-24 |
26 |
|
4 |
Kolumbiya |
17 |
7 |
5 |
5 |
20-18 |
26 |
|
5 |
Peru |
17 |
7 |
4 |
6 |
26-25 |
25 |
|
6 |
Argentina |
17 |
6 |
7 |
4 |
16-15 |
25 |
|
7 |
Paraqvay |
17 |
7 |
3 |
7 |
19-24 |
24 |
|
8 |
Ekvador |
17 |
6 |
2 |
9 |
25-26 |
20 |
|
9 |
Boliviya |
17 |
4 |
2 |
11 |
14-34 |
14 |
|
10 |
Venesuela |
17 |
1 |
6 |
10 |
18-35 |
9 |
XVIII tur
10 oktyabr
Braziliya – Çili
Ekvador – Argentina
Paraqvay – Venesuela
Peru – Kolumbiya
Uruqvay - Boliviya
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi