[b]Argentina xal itirdi, Azərbaycan mövqeyini qorudu[/b]
09.09.2017 - 12:48
[b]Argentina xal itirdi, Azərbaycan mövqeyini qorudu[/b]

Futzal üzrə milli komandaların  reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən cədvəllə müqayisədə cüzi dəyişikliklər baş verib.

 

Planetin 10 ən güclü komandasından yalnız Argentinanın xal hesabı dəyişib. Cənubi amerikalılar son bir ayda 15 xal itirib. Buna baxmayaraq, Argentina 4-cü sıradakı yerini qoruyub.

 

Ən yaxşılar arasında olan Azərbaycan millisinin də yeri dəyişməz qalıb. Yığmamız da mövqeyini qoruyub. Hesabında 1445 xal olan milli yenə dünyanın 10-cusudu.

 

İlk “onluq”

1. Braziliya - 1929

2. İspaniya – 1872

3. Rusiya - 1765

4. Argentina - 1685

5. İtaliya - 1608

6. İran - 1593

7. Portuqaliya - 1582

8. Ukrayna - 1500

9. Qazaxıstan - 1462

10. Azərbaycan – 1445