[b]Argentina yığmasını gözləyən təhlükə[/b]
02.03.2017 - 15:48
[b]Argentina yığmasını gözləyən təhlükə[/b]

FİFA Argentina Futbol Assosiasiyasını (AFA) üzvlükdən çıxara bilər. Apasport.az saytı xəbər verir ki, bu, assosiasiyaya yeni prezident seçkisi prosesində tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, reallaşacaq.

 

FİFA bəyanatında AFA-nı seçkilər zamanı KONMEBOL-un tələblərinə riayət etməyə çağırıb. Əks təqdirdə, Argentina Futbol Assosiasiyası cəzalandırıla bilər.

 

Mümkün cəzaların sırasında AFA-nın FİFA-nın üzvlüyündən müəyyən müddətə çıxarılması da var. Əgər belə olarsa, Argentina millisi hətta DÇ-2018-dən kənarda qala bilər.  

 

Qeyd edək ki, Argentina millisinin futbolçuları bir neçə dəfə yerli assosiasiyanın fəaliyyətindən narazılıqlarını dilə gətiriblər.