“Burda qalmaq üçün hər zaman əlimdən gələni etmişəm. Yay fasiləsində məşqçilər korpusu ilə söhbətim oldu və onlar komandaya qayıtmağımı istədilər”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun hücumçusu Lusiano Vietto deyib.
Ötən mövsümü icarə əsasında “Sevilya”da keçirən Argentina millisinin forvardı yayda yenidən Madrid klubuna qayıdıb. O, İspaniya mətbuatına açıqlamasında dönüşündən sonra tezliklə qol hesabını açmaq arzusunda olduğunu söyləyib.
24 yaşlı oyunçu La Liqanın VIII turunda “Barselona” (14 oktyabr) və Çempionlar Liqasında qrup mərhələsinin III turunda “Qarabağ”la (18 oktyabr) qarşılaşmalara xüsusi önəm verir: “Bu mövsümdən daha çox oynamaq imkanı əldə edirəm. Düzdü, hələ tam istədiyim durumda deyiləm. Amma komandama kömək edə bilirəm. Məşqlərdə də bütün gücümlə çalışıram. Ümid edirəm ki, tezliklə qollar vurmağa başlayacam. “Barselona” və “Qarabağ”la qarşıdakı oyunlar bu baxımdan mənim üçün çox önəmlidi. Əgər komanda şəklində yaxşı çıxış etsək, uğurlu nəticələr ardıcıl gələcək”.
Qeyd edək ki, Çempionlar Liqasında ilk iki turdan sonra “Atletiko”nun aktivində 1 xal var.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"