[b]Argentinalı futbolçu “Yuventus”da![/b]
13.02.2017 - 15:24
[b]Argentinalı futbolçu “Yuventus”da![/b]

“Yuventus” daha bir futbolçunu transfer edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “qoca sinyora” artgentinalı oyunçu ilə heyətini gücləndirib.

 

Söhbət “Boka Xuniors”un yarımmüdafiəçisi Rodriqo Bentakurdan gedir. Klublar arasında baş tutan görüş müsbət nəticələnib və “Yuve” 19 yaşlı xavbeki transfer etmək hüququna yiyələnib. Bu keçid argentinalılara 9,4 milyon avro qazandıracaq. Bentakur bu həftə İtaliyaya yollanaraq tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, 2015-ci ildən bəri “Boka Xuniors”un formasını Rodriqo Bentakur bu klubun heyətində 40-dan çox matçda iştirak edib.