[b]Arif Daşdəmirov heyətdən çıxarıldı, Eddi İsrafilov toplanışa gecikəcək[/b]
19.05.2016 - 12:27
[b]Arif Daşdəmirov heyətdən çıxarıldı, Eddi İsrafilov toplanışa gecikəcək[/b]

Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirov yığmanın heyətindən çıxarılıb.

 

Buna onun zədələnməsi səbəb olub. Futbolçu bu səbəbdən millinin mayın 23-dən iyunun 4-dək Avstriyada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

 

“Kordoba”da oynayan Eddi İsrafilov İspaniya çempionatının oyunları ilə əlaqədar hazırlıq prosesinə gec qoşulacaq. Mayın 30-da yığmanın düşərgəsinə gələcək milliləşən legioner yalnız sonuncu yoxlama matçında – iyunun 3-də Kanadaya qarşı görüşdə forma geymək imkanına malik olacaq.

 

Mənbə: affa.az