[b]Arsen Venger: ...“Barselona” sizi öldürər[/b]
24.02.2016 - 11:14
[b]Arsen Venger: ...“Barselona” sizi öldürər[/b]

“Barselona” möhtəşəm komandadı. Çox güc sərf etsək də, texnikamız orta səviyyədə idi”. Apasport.az saytının məlumatına görə, bunu “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib.

 

Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”nı qəbul edən “topçular” 0:2 hesabı ilə məğlub olublar.

 

London klubunun çalışdırıcısı bu nəticəni rəqibin gücü ilə əlaqələndirib: “Təzəcə oyuna nəzarəti ələ almağa başlayırdıq ki, rəqib komanda qol vurdu. Ötən il “Monako” ilə görüşdə də belə olmuşdu. Belə sadəlöhvlük məni narahat edir. Ümumiyyətlə, bilirdik ki, “Barselona”ya əks-hücuma keçmək imkanı vermək olmaz. Bu, bizdə alınırdı. Komandam hörmətə layiq mübarizə apardı. Kimisə günahlandırmaq ən asan yoldu. Belə rəqiblə görüşdə yüksək səviyyədə olduğunuzu düşünsəniz, “Barselona” sizi öldürər. Bu komandanın ruhunu qırmaq çox çətindi. Axı onlar dünyanın ən güclü klubudu”.

 

Venger komandasının 1/4 finala vəsiqə qazanmaq şansının qalmadığını düşünür: “Real danışmaq lazımdısa, mərhələ keçmək çox çətindi və hətta praktiki cəhətdən mümkün deyil. Buna baxmayaraq, sona qədər “döyüşəcəyik”. Bu görüşdə əlimizə düşən imkanları dəyərləndirə bilmədik. Rəqib bizdən güclü idi, bunda utanılacaq bir şey yoxdu. “Barselona” 95 faiz növbəti mərhələdədi. Lakin biz yenə də “Nou Kamp”da “Arsenal”ın gücünü göstərməyə çalışacağıq. Bizim şansımız olmasa da, revanş arzusu qalır”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 16-da keçiriləcək.