[b]Asif Məmmədov meydana çıxsa...[/b]
07.12.2016 - 16:37
[b]Asif Məmmədov meydana çıxsa...[/b]

“Qəbələ”nin futbolçusu Asif Məmmədov avrokuboklarda yubiley oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin dekabrın 8-də keçiriləcək VI turunun “Maynts”la Almaniyadakı görüşü 30 yaşlı yarımmüdafiəçi üçün qitə miqyaslı turnirlərdə 30-cu matçı ola bilər.

 

Bunun üçün futbolçunun “Maynts Arena” stadionuna çıxması kifayətdi. İndiyədək 29 belə oyunda iştirak edən Asif hələlik rəqib qapılarına 3 qol vurub.

 

Onun avrokuboklardakı debütü 10 il əvvəl baş tutub. “MKT-Araz”da çıxış edən Məmmədov 2006-cı il iyunun 17-daə “Tiraspol”la İmişlidəki qarşılaşmada forma geyinib. Həmin vaxt 1:0 hesablı qələbəyə sevinən yarımmüdafiəçi avrokuboklarda 4 klubun şərəfini qoruyub. O, “Qəbələ” və “MKT-Araz”la yanaşı, “Xəzər Lənkəran” və “İnter”də bu həyəcanı yaşayıb.

 

Qeyd edək ki, Asifin 29 avrokubok matçında 14-ü “Qəbələ”nin heyətində gerçəkləşib.