[b]Asiyalılarla 12-ci duel[/b]
21.09.2016 - 12:43
[b]Asiyalılarla 12-ci duel[/b]

Futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsində Tailandla qarşılaşacaq Azərbaycan yığması tarixində 12-ci dəfə Asiya təmsilçisi ilə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, əvvəlki 11 matçdan 10-u yoldaşlıq oyunları və beynəlxalq turnirlər çərçivəsində baş tutub.

 

Yalnız sonuncu oyun 3 gün öncə DÇ-nin qrupunda İrana qarşı keçirilib. Yığmamız daha çox – 8 dəfə Özbəkistanla üz-üzə gəlib. 4 dəfə qələbə qazanıb, 3 dəfə heç-heçə edən millimiz yalnız 1 dəfə uduzub. Türkmənistanla matçların ikisində də qalib gələn komandamız İranla sülhə razılaşıb – 3:3.

 

Asiyalılarla 11 matçda 1 məğlubiyyət və 4 heç-heçəsi olan millimiz 6 dəfə qələbə qazanıb. Bu görüşlərdə 41 dəfə fərqlənən futzalçılarımız 25 top buraxıbıar.