[b]Avrokuboklarda 13-cü, "Qarabağ"da 5-ci dəfə[/b]
12.07.2017 - 00:10
[b]Avrokuboklarda 13-cü, "Qarabağ"da 5-ci dəfə[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə görüşü Dino Ndlovunun dublu ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun 5:0 hesablı qələbəsində 2 qolla pay sahibi olan afrikalı avrokuboklarda təmsilçimizin heyətindəki toplarının sayını 3-ə çatdırıb.

 

Dino Azərbaycan klublarının avrokuboklarda 13-cü dublunun müəllifi olub. 1994-cü ildə avrokuboklarda debüt edən təmsilçilərimiz indiyədək 12 dəfə bir oyunda 2 qol vurmuşdu.

 

“Qarabağ” isə bunadək 4 dəfə belə hadisəyə sevinmişdi. Ndlovu komandasının 5-ci dublunun müəllifi olub.

 

“Qarabağ”ın avrokuboklardakı dublları

 

1999/2000 20 iyun. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” – 1:2 Müşfiq Hüseynov (2)

2010/11 15 iyul. “Portadaun” (Şimali İralandiya) – “Qarabağ” – 1:2 Əfran İsmayılov (2)

2011/12 30 iyun. “Banqa” (Litva) – “Qarabağ” 0:4 Vüqar Nadirov (2)

2016/17 12 iyul. “Qarabağ” – “Düdelanj” (Lüksemburq” – 2:0 Riçard Almeyda (2)

2017/18 11 iyul. “Qarabağ” – “Samtredia” (Gürcüstann) – 5:0 Dino Ndlovu (2)