[b]Avrokuboklarda 250-ci qol[/b]
15.10.2016 - 10:49
[b]Avrokuboklarda 250-ci qol[/b]

“Araz”ın futzal üzrə UEFA kubokunun “Zelezareç”lə Makedoniyadakı oyunu 2 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təmsilçimizin 15:4 hesablı qələbəsi Azərbaycan klublarının turnirdə 35-ci uğuru olub.

 

Bunlardan 31-i “Araz”ın hesabındadısa, “Turan” AİR 2, “AMMK-Azercell” 1 dəfə sevinib.

 

Qarşılaşmanın 6-cı dəqiqəsində Bolinyanın vurduğu 2-ci top komandalarımızın avrokuboklardakı 250-ci qolu kimi tarixə düşüb. Matçın sonunadək təmsilçimiz bu rəqəmi 263-ə çatdırıb. Qollardan 230-u “Araz”, 20-si “Turan” AİR, 13-ü “AMMK-Azercell”in hesabındadı. 

0