[b]Avroliqanın finalçısı cəzalandı[/b]
01.04.2016 - 00:05
UEFA maliyə feyr-pley qaydalarını pozduğu üçün daha iki klubu avrokuboklardan kənarlaşdırıb. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumu Bakının “İnter”indən başqa daha iki komandanı cəzalandırıb.
Avroliqanın son finalçısı "Dnepr" (Ukrayna) və Rumıniya təmsilçisi "Tarqu-Mureş" də qitəmiqyaslı yarışlardan məhrum edilib.
Bakılılar kimi Ukrayna və Rumıniya təmsilçiləri də qarşıdakı 3 il ərzində avrokuboklara vəsiqə qazandığı ilk mövsümdə bu haqqından istifadə edə bilməyəcək.
0
0