Avropa Liqasının final qarşılaşması Türkiyədə oynanıla bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.
Türkiyə tərəfi 2018-19 mövsümündə Avroliqanın final qarşılaşmasının “Beşiktaş”a məxsus olan “Vodafon Arena”da təşkil edilməsini istəyir. İstanbul klubunun da razılığını alan TFF qitə futbol qurumuna məktub göndərib.
Qeyd edək ki, 2005-ci ildə “Atatürk Olimpiya” stadionunda “Liverpul”la “Milan” arasında Çempionlar Liqasının, 2009-cu ildə isə “Şükrü Saraçoğlu” stadionunda “Şaxtyor”la “Verder” arasında UEFA Kubokunun (indiki Avropa Liqasının) finalı keçirilmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı