17 yaşadək futbolçulardan ibarət futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsi “Qarabağ” və “Neftçi”nin ev oyunlarını doğma stadiondan kənarda keçirməsinə səbəb olacaq. Apasport.az saytının məlumatına görə, hər iki klubun ev matçlarını keçirdiyi stadionlarda qitə çempionatının görüşləri keçirildiyindən onlar müvəqqəti başqa arenalara “köçməli” olacaq.
“Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu klub tərəfindən “Azərsun Arena” adlansa da, reklam adlarını qəbul etməyən UEFA bu idman qurğusunu “Qarabağ Stadium” kimi tanıyacaq. Burada yalnız qrup mərhələsinin görüşləri baş tutacaq. Mayın 5-6-da ilk, 8-9-da ikinci, 11-12-də üçüncü turun görüşlərini qəbul edəcək stadionda 6 matç keçirilməlidi. Bu da “Qarabağ”ın 3 görüşünü başqa yerdə oynamalı olması deməkdi.
Avropa çempionatı mayın 5-də başlasa da, ağdamlılar bundan 1 gün öncə kubokun yarımfinalında “İnter”i qəbul etməlidi. Açılışdan bir gün öncə bu arenada klubların oynamasına Təşkilat Komitəsinin icazə verməsi mümkünsüzdü. Avropa çempionatı ərzində arenaların məhz həmin komitənin ixtiyarına verilməsi belə deməyə əsas verir. Düzdü, ağdamlılar “İnter”lə razılaşıb, ilk oyunu evdə, mayın 4-də isə səfərdə oynaya da bilər. Əks halda isə bu görüş çempionatın “Sumqayıt” və “Qəbələ” ilə matçları kimi başqa məkanda baş tutmalıdı. “Qarabağ”ın avrokuboklarda da, mövsümün əvvəlində də oynadığı Tofiq Bəhramov adına Respublika stadionuna üz tutacağı gözlənilir. Avropa çempionatının son günü – mayın 21-dəki “Qarabağ” – AZAL görüşü isə böyük ehtimalla Suraxanıda oynanılacaq. Çünki bu arena yalnız qrupda Təşkilat Komitəsi tərəfindən istifadə olunacaq.
“Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunda 6 qrup oyunu və mayın 14-15-dəki 1/4 finallardan biri baş tutacaq. “Neftçi” kubokun “Qəbələ” ilk oyununu evdə keçirdiyindən mayın 4-də səfərdə oynaması stadion problemi yaratmayacaq. Amma AZAL və “İnter”lə paytaxt derbiləri üçün “ağ-qaralar” məkan tapmalıdı. Bakılıların bu məqsədlə “Bayıl Arena”ya üz tutması mümkündü. Çünki İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionda da yenidənqurma, baza tikintisi aparılır.
Keçirilmə yerlərinin dəyişilməli olduğu matçlar
Azərbaycan kuboku
1/2 final, cavab oyunu
4 may
“Qarabağ” – “İnter”
Topaz Premyer Liqası
XXXIII tur
7 may
“Neftçi” – AZAL
“Qarabağ” – “Sumqayıt”
XXXIV tur
11 may
“Qarabağ” – “Qəbələ”
XXXV tur
15 may
“Neftçi” – “İnter”