[b]Avropa çempionatı öncəsi 2 qələbə, 1 heç-heçə[/b]
07.06.2016 - 09:27
[b]Avropa çempionatı öncəsi 2 qələbə, 1 heç-heçə[/b]

İyunun 10-dan Fransada start götürəcək Avropa çempionatına hazırlaşan komandalar son yoldaşlıq görüşlərini keçirirlər. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin 3 iştirakçısı dünən gecə gücünü sınayıb.

 

İtaliya hər hissədə vurduğu 1 qolla Finlandiyanı məğlubiyyətə uğradıb. İslandiya da Lixtenşteynin qapısından 4 cavabsız top keçirib. Ancaq Polşa millisi Litvanın müqavimətini qıra bilməyib.

 

 

Yoldaşlıq görüşləri

 

İtaliya – Finlandiya – 2:0

Qollar: Kandreva, 27 (pen.); de Rossi, 71

 

İslandiya – Lixtenşteyn – 4:0

Qollar: Siqtorsson, 10; Sevarsson, 20; Finnboqason, 42; Qudyonsen, 82

 

Polşa – Litva  0:0