[b]Avropa çempionu rəqiblərinə şans vermədi[/b]
27.12.2016 - 12:02
[b]Avropa çempionu rəqiblərinə şans vermədi[/b]

İlin ən güclü yığma məşqçisinin da adı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğu Fernando Santuşun qələbəsi ilə nəticələnib.

 

AÇ-2016-da Portuqaliya yığmasına çempionluq qazandıran çalışdırıcı böyük fərqlə bütün rəqiblərini qabaqlayıb. İkinci yerə Lars Laqerbek, üçüncü pilləyə isə Yoahim Löv layiq görülüb. İlk “beşlik”də Uels millisinin çalışdırıcısı Kris Kolman və Almaniya yığmasının baş məşqçisi Yoahim Löv də qərarlaşıb.

 

İlin ən yaxşı yığma məşqçiləri:

1. Fernando Santuş (Portuqaliya) - 199 səs
2. Lars Laqerbek (İsveç / İslandiya) - 71
3. Yoahim Löv (Almaniya) - 62
4. Kris Kolman (Uels) - 61
5. Didye Deşam (Fransa) - 52
6. Antonio Konte (İtaliya) - 17
7. Ante Çaçiç (Xorvatiya) - 8
8. Mark Vilmots (Belçika) - 3
8. Tite (Braziliya) – 3

10. Bernd Stork (Macarıstan) - 1
10. Ange Postekoğlu (Avstraliya) - 1
10. Adam Navalka (Polşa) - 1

 

Sorğuda Azərbaycanı təmsil edən apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev qalibi düzgün müəyyənləşdirib.

 

Qeyd edək ki, 62 yaşlı Fernando Santuş  2014-cü ildən Portuqaliya yığmasını çalışdırır.