[b]Avropa futbolunda yeni rekord, bizimkilər baxa-baxa qaldı[/b]
06.10.2017 - 10:46
[b]Avropa futbolunda yeni rekord, bizimkilər baxa-baxa qaldı[/b]

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə IX turunun ilk oyun günü yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ermənistan – Polşa matçında (1:6) 3 qol vuran Robert Levandovski Avropa seçmələrinin ən məhsuldar futbolçusuna çevrilib.

 

Belə ki, hücumçu qol sayını 15-ə çatdırıb. Bununla, Levandovski nəinki DÇ-2018-in, ümumiyyətlə Avropadakı seçmə mərhələlər tarixinin rekordunu müəyyənləşdirib.

 

Belə ki, DÇ və AÇ seçmələrində bir tsikldə bu qədər qol vuran olmamışdı. Robert Predraq Miyatoviçin DÇ-1998 yolunda müəyyənləşdirdiyi, Kriştianu Ronaldonun elə cari seçmə mərhələdə təkrarladığı 14 qolluq rekordu arxada qoyub.

 

Bu het-triklə Levandovki həm də Polşa yığmasındakı qol sayını 50-yə çatdırıb. Son matçadək 89 matçda 47 dəfə fərqlənən polşalı yubiley qolunu 90-cı oyununda vurub.

 

Qeyd edək ki, Azərbaycan yığmasının bir seçmə mərhələdəki ən yaxşı bombardiri cəmi 3 top vurub. AÇ-2004-də Qurban Qurbanov, AÇ-2016-da Dmitri Nazarov, DÇ-2018-də Əfran İsmayılov bunu bacarıb. Levandovski isə onların bir tsikldə vurduğu sayda qolu təkcə Ermənistan səfərində rəqib qapısından keçirib.