[b]Avropa Klublar Assosiasiyasında rəhbər dəyişikliyi olacaq[/b]
11.08.2017 - 13:00
[b]Avropa Klublar Assosiasiyasında rəhbər dəyişikliyi olacaq[/b]

Avropa Klublar Assosiasiyasının (ECA) rəhbərliyində dəyişiklik olacaq. Apasport.az saytının məlumatına görə, qurumun sədri Karl-Hayns Rummenige rəhbərlik müddəti bitəndən sonra postunu tərk edəcək.

 

Həm də Almaniyanın “Bavariya” klubunun İdarə Heyətinin sədri olan Rummenige növbəti seçkilərdə namizədliyini verməyəcəyini açıqlayıb. 2008-ci il yanvarın 21-də təsis olunan qurumun ilk sədir kimi tarixə düşən almaniyalı postunda yenilik olmasını istədiyini bildirib.

 

Qeyd edək ki, 53 ölkədən 220 klubu birləşdirən təşkilatda Azərbaycanı “Neftçi”, “Qarabağ” və “Qəbələ” təmsil edir.