[b]Avropa Liqası: “Qalatasaray” və “Fənərbaxça” eyni səbətdə[/b]
11.12.2015 - 11:14
[b]Avropa Liqası: “Qalatasaray” və “Fənərbaxça” eyni səbətdə[/b]

Avropa Liqasının 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın qrup mərhələsinin 24 qalibi və Çempionlar Liqasında  3-cü yer sahibləri mükafat uğrunda mübarizəni davam etdirəcək.

 

Artıq bu 32 komanda səbətlərə də bölünüb. Qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmişlər sırasında düşüb. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə əsasən bu səbətlərə bərabər bölünüb.

 

1/16 finalın püşkü dekabrın 14-də atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

 

Azərbaycan təmsilçilərinin iştirak etmədiyi mərhələdə qonşu Türkiyənin iki klubu iştirak edəcək. Bunlar “Qalatasaray” və “Fənərbaxça”dı. Onların hər ikisi səpələnməmişlər sırasında yer alıb.

 

Səpələnmişlər: “Molde” (Norveç), “Liverpul” (İngiltərə), “Krasnodar” (Rusiya), “Napoli” (İtaliya), “Rapid” (Avstriya), “Braqa” (Portuqaliya), “Latsio” (İtaliya), “Lokomotiv” (Rusiya), “Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Şalke” (Almaniya), “Atletik” (İspaniya), “Mançester Yunayted”* (İngiltərə), “Bayer”* (Almaniya), “Olimpiakos”* (Yunanıstan),”Porto”* (Portuqaliya)

 

Səpələnməmişlər:

“Fənərbaxça” (Türkiyə), “Syon” (İsveçrə), “Borussiya” (Dortmund, Almaniya), “Midtyulland” (Danimarka), “Vilyarreal” (İspaniya), “Marsel” (Fransa), “Sent-Etyenn” (Fransa), “Sportinq” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Sparta” (Çexiya), “Auqsburq” (Almaniya), “Şaxtyor”* (Ukrayna), “Qalatasaray”* (Türkiyə), “Sevilya”* (İspaniya), “Valensiya”* (İspaniya)

 

“*” işarəsi Çempionlar Liqasının qrup üçüncüsü kimi Avropa Liqasına qoşulanları göstərir.