[b]19 illik rekord qırıldı: AL-də görünməmiş hadisə[/b]
30.06.2017 - 10:45
[b]19 illik rekord qırıldı: AL-də görünməmiş hadisə[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu hadisə Şotlandiyada yaşanıb.

 

“Reyncers” öz meydanında Lüksemburqun “Proqres” klubunu 1:0 hesabı ilə məğlub edib. “Aybroks” stadionunda baş tutan görüşü 48 min 681 tamaşaçı izləyib.

 

Bu göstərici I təsnifat mərhələsi üçün görünməmiş rəqəmdi. Azarkeş sayında belə rekordun qeydə alınmasına səbəb “Reyncers”in 5 ildən sonra avrokubok səhnəsinə qayıtması olub.

 

Bunadək də rekord Qlazqo təmsilçisinə məxsus idi. 19 il əvvəl Şotlandiya klubunun “Şelburn”la qarşılaşmasını 46 min 900 tamaşaçı izləmişdi.