[b]Avropa Liqasında İngiltərə və İspaniya dueli[/b]
09.03.2016 - 15:40
[b]Avropa Liqasında İngiltərə və İspaniya dueli[/b]

Sabah Avropa Liqasında (AL) 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bu mərhələnin bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

 

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” “Braqa”nı qəbul edəcək. “Sarı-lacivərdlilər” Portuqaliyadakı görüşə rahat yollanmaq üçün doğma azarkeşləri önündə qol buraxmadan qalib gəlməlidilər.

 

1/8 finala qədər irəliləyən İspaniyanın 4 klubundan ən azı 1-i mübarizəni dayandıracaq. Çünki bu ölkənin iki təmsilçisi bu mərhələdə üz-üzə gələcək. La Liqada uğursuz mövsüm keçirən “Valensiya” Bilbaoda “Atletik”in qonağı olacaq. Avroliqanın son qalibi “Sevilya” isə “Bazel”lə İsveçrədəki qarşılaşmadan sərfəli nəticə ilə dönməyə çalışacaq.

 

İngiltərənin ən titullu komandaları “Mançester Yunayted”lə “Liverpul” arasında keçiriləcək qarşılaşmaya da böyük maraq var. Premyer Liqada çempionluq mübarizəsindən uzaq qalan komandaların ilk dueli “Enfild Roud”da olacaq.

 

“Qarabağ”ın yer aldığı qrupu lider kimi tamamlayan “Tottenhem” “Qəbələ” ilə eyni qrupda yer almış Dortmund “Borussiya”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər Almaniya təmsilçisi “Bayer” isə “Vilyareal”ın qonağı olacaq.

 

 

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

10 mart

22:00. “Bazel” (İsveçrə) – “Sevilya” (İspaniya)

Baş hakim: Antoni Teylor (İngiltərə)

 

22:00. “Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

 

22:00. “Fənərbaxça” (Türkiyə) – “Braqa” (Portuqaliya)

Baş hakim: Klemen Turpin (Fransa)

 

22:00. “Şaxtyor” (Ukrayna) – “Anderlext” (Belçika)

Baş hakim: Artur Dias (Portuqaliya)

 

00:05. “Atletik” (İspaniya) – “Valensiya” (İspaniya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

 

00:05. “Liverpul” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

 

00:05. “Sparta” (Çexiya) – “Latsio” (İtaliya)

Baş hakim: Alberto Undiano Malyenka (İspaniya)

 

00:05. “Vilyareal” (İspaniya) – “Bayer” (Almaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)