UEFA Avropa Liqasının final matçına təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Ayaks” (Hollandiya) - “Mançester Yunayted” (İngiltərə) görüşü sloveniyalı hakimlər idarə edəcək.
Mayın 24-də keçiriləcək həlledici qarşılaşmanın baş hakimi Damir Skomina olacaq. Ona həmyerliləri Yure Praprotnik və Robert Vukan kömək edəcək. Əlavə hakim köməkçiləri funksiyasını Matey Yuqla Slavko Vinçiç yerinə yetirəcək. Hakimin ehtiyat köməkçisi isə Tomaş Klançnik olacaq. İtaliyalı Canluka Roççi isə dördüncü hakim kimi matça təyinat alıb.
Qeyd edək ki, final İsveçin paytaxtı Stokholmda baş tutacaq.
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”