[b]Avropada birinci, dünyada dördüncü[/b]
07.10.2017 - 00:32
[b]Avropada birinci, dünyada dördüncü[/b]

DÇ-2018-in seçmə mərhələsində İtaliya Makedoniya ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, bu oyun İtaliyanın qapıçısı Canluici Buffon üçün milli formada 172-ci olub.

 

Bu göstərici ilə əfsanəvi qapıçı dünya sıralamasında 4-cü pilləyə yüksəlib.

 

39 yaşlı “çərçivə qoruyucusu” Muhammed Ad Daye (Səudiyyə Ərəbistanı) ilə oyun sayını bərabərləşdirib. O, Klaudio Suares (Meksika, 177 oyun), Husam Hasan (Misir, 178) və Ahmed Hasandan (Misir, 184) geri qalır.

 

Qeyd edək ki, Buffon Avropada bu göstəricidə vahid liderdi.